15:59, 11 İyun 2018 (Bazar ertəsi) 103

Bayram namazının vaxtı bilinib

Bayram namazının vaxtı bilinib
Ramazan ayı başa çatmaq üzrədir. İyunun 11-də rəsmi bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsi bayram namazının iyunun 15-i səhər saat 8-də Əjdərbəy məscidində, 9-da isə Təzə Pir məscidində qılınacağını bəyan edib.

Ramazan ayı mayın 17-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsi ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının bilikdə tərtib etdiyi təqvimə əsasən, bayram iyunun 15-nə düşür.

16 iyun da Ramazan bayramıdır. Ramazanın bir günü Milli Qurtuluş Gününə (15 iyun), digəri şənbəyə təsadüf etdiyi üçün iyunun 18-i (bazar ertəsi) və 19-u da (çərşənbə axşamı) iş günü olmayacaq.