10:45, 11 Aprel 2018 (Çərşənbə) 146

Baş nazirin müavininin seçki barədə rəyi

Baş nazirin müavininin seçki barədə rəyi
"Səsvermə normal keçir. İçəridə müşahidəçilər var. Onlar hər şeyi qeyd edirlər. Mən Prezident İlham Əliyevə səs verdim."
 
"Report” xəbər verir ki, bunu Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanda keçirilən prezident seçkilərində səs verdikdən sonra bildirib.
 
Xatırladaq ki, o, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.