13:25, 12 İyul 2018 (Cümə axşamı) 99

Baş nazir Tramp-Putin sammitindən nə gözləyir?

Baş nazir Tramp-Putin sammitindən nə gözləyir?
Britaniyanın baş naziri Theresa May ABŞ prezidenti Donald Tramp-ın rusiyalı həmkarı Vladimir Putin-lə gözlənən sammitini alqışlayıb, deyib ki, bu görüşdən NATO və Moskva arasında konflikt riskini azaltmaq üçün istifadə olunmalıdır.

İyulun 11-də axşam NATO liderləri birgə nahar ediblər. Həmin gün Tramp ilə Avropa liderləri arasında ziddiyyətlər yaşanmasına baxmayaraq, May iyulun 16-na planlaşdırılan Putin-Tramp sammitinə müsbət yanaşdığını bildirib.

May nahar zamanı Moskva-nın "məkrli fəaliyyəti”ndən də söz açıb. Qərbdə Kremllə əlaqələndirilin kiberhücumlara, Britaniya torpağında rusiyalı keçmiş casusun Sovet ittifaqında hazırlanmış sinir qazıyla zəhərlənməsinə toxunub.

Zəhərlənmə insidentindən sonra London-Moskva münasibətləri gərginləşib.

Ancaq May naharda deyib ki, Rusiyayla "vahid və güclü mövqe”dən işləməlidirlər, Rusiyanın davranışında nəyi düzəltməli olmasını da aydın şəkildə bildirməlidirlər.

Tramp bundan öncə NATO müttəfiqlərini, özəlliklə də, Almaniyanı ittiham edib, onların müdafiə xərcləri ilə bağlı öhdəliklərinə əməl etmədiklərini vurğulayıb.



azadliq.org