18:09, 21 Oktyabr 2017 (Şənbə) 30

Baş Nazir: "Kataloniya hökumətinin bütün üzvlərini hakimiyyətdən kənarlaşdırılır"

Baş Nazir:
İspaniya hökuməti Kataloniyanın muxtariyyat statusunun dayandırılmasına dair qərar verib.
 
APA-nın xəbərinə görə, bunu İspaniya baş naziri Mariano Rahoy bəyan edib. 
 
M. Rahoy bildirib ki, Madrid Kataloniya hökumətinin bütün üzvlərini hakimiyyətdən kənarlaşdırır. Onun sözlərinə görə, Kataloniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
 
"Muxtariyyat məhdudlaşmır, sadəcə qanun çərçivəsindən çıxan hökumət kənarlaşdırılır", - deyə o vurğulayıb.