10:49, 14 İyun 2018 (Cümə axşamı) 208

Baş nazir istefa verib

Baş nazir istefa verib


/ DÜNYA
Gürcüstanı Baş naziri Giorgi Kvirikaşvili vəzifəsindən ayrılır. Baş nazir bu barədə Hökumət Konqresində keçirilən mətbuat konfransında bildirib.

Baş naziri Georgi Kvirikaşvili:

"Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım... Mən komanda oyunçusu olmuşam və oyunçusuyam. Bununla əlaqədar komandada əhval-ruhiyyəni hiss edirəm və qərar qəbul edirəm. Mənim durumumda hər bir komanda rəhbəri bu qərarı verərdi. Mən vəzifəmi tərk edirəm”.

Giorgi Kvirikaşvili 2015-ci ildən Baş nazir vəzifəsini daşıyırdı. Ölkə konstitusiyasına əsasən Baş nazirin istefasından sonra hökumətin səlahiyyətlərinə xitam verilir.

Mayın 31-dən Gürcüstan paytaxtı Tbilisidə iki gəncin ölümü ilə bağlı ədalətsiz məhkəmə araşdırmasına etiraz olaraq aksiyalar başlamışdı. Nəticədə respublikanın baş prokuroru istefa verdi.