15:59, 10 Oktyabr 2017 (Çərşənbə axşamı) 17

Barselona meri İspaniyadan ayrılmağa qarşıdır

Barselona meri İspaniyadan ayrılmağa qarşıdır
Barselona meri Ada Colau Kataloniya hökumətinin rəhbəri Carles Puiqdemont-u birtərəfli qaydada əyalətin müstəqilliyini elan etməməyə, İspaniyanın baş naziri Mariano Rajoy-u isə Kataloniyada mərkəzi idarəçilik tətbiq etməməyə çağırıb.

Ada Colau-ın fikrincə indi hər iki tərəf dialoq və əməkdaşlıq üşün barışıq jesti etməlidirlər.

Ötən bazar Barselonada əyalətin İspaniyadan ayrılmasına qarşı çıxanların kütləvi nümayişi olub.

Müxtəlif məlumatlara görə nümayişdə350-950 min arası adam iştirak edib.

Oktyabrın 10-da Kataloniya parlamentinin növbəti sesiyası keçiriləcək.

Əyalət rəhbəri Carles Puigdemont-un regionun müstəqilliyini elan edəcəyi gözlənilir.

Kataloniyanın referendum qanununa görə, oktyabrın 10-da assambleyada müstəqilliyin elanından sonra İspaniyadan altı aylıq ayrılma prosesi başlamalıdır. Madrid bu qanunu qeyri-konstitusion sayır.