İqtisadiyyat

"Banklar bağlanmayacaq, biləşdiriləcək” - Əkrəm Həsənov

13 Fevral, 2018
1276
"Moody’s” beynəlxalq reytinq agentliyi yeni açıqlama yayıb.

Sənədin Azərbaycanla bağlı hissəsində - "İqtisadi diversifikasiyanın perspektivləri” qeyd olunub ki, ölkənin zəif bank sektorunda neft qiymətlərinin təsiri hələ də hiss olunur.

APA-nın məlumatına görə, bank sektorunda dollarlaşma yüksək səviyyədədir və Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya prosesinin son mərhələsində olmasına baxmayaraq, digər özəl bankların kapital artımına ehtiyacı var və yaxud bu banklar tənzimləyici tərəfindən bağlanmaq riski ilə üz-üzədirlər. 

Bəs, görəsən, hansı bankları bağlanma təhlükəsi gözləyir? 

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti  Zakir Nuriyev Toplum Tv-yə açıqlamasında qeyd edib ki, bu suala nəzarət orqanı cavab verə bilər: "Hansı bankları təhlükə gözləyir? Bu suala nəzarət orqanı cavab verə bilər. Biz deyə bilmərik ki, hansısa bank kapital çatışmazlığından bağlanacaq və ya bağlanmayacaq”.
 

 
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə açıqlamasında vurğulayıb ki, banklar bağlanmaq əvəzinə, digər banklara birləşdirilə bilər: ""Bank of Baku”, "Ziraat Bank”, "Pakistan Mlli Bankı”nın filialı və bir neçə bankda kapital çatışmazlığı var. Bəlkə, başqa banklarda da kapital çatışmazlığı var, lakin bu, açıqlanmır. Ümumiyyətlə, gözlənti var ki, bu banklar bağlanmayacaq, başqa banklara biləşdiriləcək”. 
 

"Moody’s”un sənədində o da qeyd olunub ki, restrukturizasiya olunmuş borclar istisna olmaqla, problemli kreditlərin həcmi yüksəkdir, bu da bankların borc vermə imkanlarını məhdudlaşdırır.

Ötən ayın 18-də "Moody’s” "Azərbaycanda bank sektorunun konsolidasiyası (birləşməsi) 2018-ci ildə də davam edəcək” proqnozunu vermişdi. 

Agentlik hesab edir ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır.

2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib.

2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

2017-ci ildə "Caspian Development Bank” və "Atabank” konsolidasiya olaraq "Atabank” adı ilə fəaliyyət göstərir. 

2017-ci ilin dekabrında "Dəmirbank”ın lisenziyası ləğv edilib.

Hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir.

Alya Ağayeva
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo