Siyasət

Bank Müsavat üzvünün işində şikayətindən imtina edib

21 Fevral, 2019
923
"Nikoil” bank Müsavat Ppartiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyliyə qarşı mülki iddiasından imtina edib. Bank artıq şikayətçi də deyil. 

Fevralın 20-də məhkəməyə bu barədə ərizə təqdim olunub.

Ə.Sadıqbəyli avtomobil kreditinə görə "Nikoil” banka olan borcunun (5 min 100 manat) ödənilməsi barədə saxta arayış hazırlatdırıb, onu Dövlət Yol Polisinə təqdim etməklə, maşını öz adına keçirib satmaqda ittiham olunur. İddia olunur ki, Ə.Sadıqbəyli bu məsələdə əmisi oğlu Asif Abbasov və bankın "Qaradağ” filialının əməkdaşı Kamran Abbasovla əlbir olub. Onların ikisi də cinayət məsuliyyətinə cəlb edilib. Lakin barələrində həbs-qətimkan tədbiri seçilməyib.

Bu iş Qaradağ Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyilə araşdırılır. Fevralın 20-də keçirilən məhkəmə iclasında bankın əməkdaşı şikayət və tələblərinin olmaması barədə ərizə təqdim edib. Məlum olub ki, təqsirləndirilən şəxslərdən Kamran Abbasov bankın mülki iddiada tələb etdiyi 11 min manatı bir gün öncə ödəyib, bunu təsdiqləyən qəbz də var.

Bu iş üzrə məhkəmə prosesi fevralın 27-də davam edəcək.

2018-ci ilin noyabrından həbsdə olan Ə.Sadıqbəyli CM-nin 178 (dələduzluq) və 320-ci (sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. Qanunda ona verilən ittihamlara görə, 5 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Məhkəmədən sonra Ə.Sadıqbəylinin qardaşı Vasif Sadıqbəyli Meydan TV-yə bildirib ki, bütün bu işlərin tək səbəbkarı Kamran Abbasov olduğu halda, onu məsuliyyətdən kənarda saxlamaq planları aydın görünür: "Keçən məhkəmədə hakim dedi ki, mülki iddiadan əlavə, orada göstərilən məbləğ qədər dövlətə də ödənilsə, bu halda, cinayət işinə xitam verilə bilər.

Ötən dəfə belə anlaşıldı ki, 11 min manat ödənilsə, üçünün də haqqında cinayət işi xitam olunar. Bugünkü məhkəmədə isə deyildi ki, xeyr, kim ödəsə, onun işinə də xitam veriləcək.

Kamran Abbasov ödəyəcəyini bildirdi. Yəni bu yolla onu məsuliyyətdən azad edəcəklər. Təsəvvür edin, bu adam 11 min mülki iddianı və 5 min 100 manat banka olan əsas borcu ödəyib.

Vaxtilə borcun tam ödənilməsi barədə arayış alınanda banka ödənilməli olan, qardaşımın ona verdiyi 5 min 100 manatı Əbülfəzin həbsindən dərhal sonra gətirib bizə qaytardı. İndi isə daha 11 min ödəyəcək. Əgər adamın özünün iddia etdiyi kimi, günahı yoxdursa, 30 minə yaxın pulu niyə və necə ödəyir? Belə görünür ki, onu işin içindən çıxarıb, Əbülfəzi həbsdə saxlamaq istəyirlər”.

Ekspertiza Ə.Sadıqbəylinin borcun tam ödənilməsi barədə bankdan alıb yol polisinə təqdim etdiyi arayışın saxta olmaması, oradakı möhürün də həqiqiliyi haqda rəy verib. Müsavatçı fəal pulu bankda K.Abbasova ödəyib, həmin arayışı aldığını söyləyir. K.Abbasov təsdiqləyir ki, həmin arayışı Ə.Sadıqbəyliyə o verib, amma pul alınmasını inkar edir. İddia edir ki, Ə.Sadıqbəylinin əmisi oğlu Asif Sadıqlı ilə dostluq münasibətlərinə görə pul almadan arayışı verib. A.Sadıqlı isə K.Abbasovla dostluq münasibətlərinin olmadığını, sadəcə, bir-birini tanıdıqlarını bildirmişdi.

"Bizim vəkilimiz Osman Kazımov ona sual verdi ki, əgər pul almamışdısa, bəs niyə Əbülfəzin həbsindən dərhal sonra gətirib bizə 5 min 100 manatı qaytarıb? Əvvəl təkzib elədi. Onda vəkil dedi ki, bunu görən şahidlər dindirilsin. Bundan sonra təsdiqlədi ki, düzdü, bizə gətirib pul verib, amma guya, yardım kimi. Hakim özü də başa düşdü ki, yalan deyir, onun nə marağı var ki, bizə o boyda yardım eləsin?”, - deyə V.Sadıqbəyli əlavə edib.

Meydan Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo