İqtisadiyyat

"Bank borcuna görə həbslərin sonuna az qalıb"

10 Oktyabr, 2017
977
Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa dövlətidir, deyə "Antikollektor" şirkətinin rəhbəri Əkrəm Həsənov "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, Avropa Məhkəməsi onun verdiyi 3 şikayətlə bağlı kommunikasiyaya başlayıb.

"Avropa İnsan Haqları Məhkəməsi üç işi bir kommunikasiyada birləşdirib. Bunlar "Rabitəbank"a borcu olan Vahid Kərimov, "Unibank"a borcu olan Mübariz Bayramov və digər vətəndaşa borcu olan Mahir Abbasovun işidir", deyə o bildirib.

Ə.Həsənov yazıb ki, o, şikayətdə Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin ("Ədalətli məhkəmə araşdırması hüququ") və 4-cü Protokolunun 1-ci maddəsinin ("Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz") pozulduğunu iddia edib.

"Məhkəmə Azərbaycan hökumətinə müraciət edərək 16 yanvar 2018-ci ilədək bu şikayətlərə münasibət bildirməyi xahiş edib. Hökumətimizin rəyi sonra mənə göndəriləcək və mən də həmin rəyə münasibətimi bildirəcəyəm", deyə Ə.Həsənov qeyd edib.

Artıq gələn il Avropa Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul edəcək.

"Pozuntunun açıq-aşkar olduğunu nəzərə alaraq, böyük ehtimalla şikayətlərimiz təmin olunacaq və dövlətimiz borca görə həbs etdiyi vətəndaşlarımıza kompensasiya ödəməli olacaq. Onu da deməliyəm ki, Avropa Məhkəməsinin indiyədək Konvensiyanın 4-cü Protokolunun 1-ci maddəsinin pozulması ilə bağlı heç bir qərarı olmayıb. Təəssüf ki, birinci olacağıq. Gərarı gəbul edənj hakimlərimiz və icra məmurlarımızın, onlara təzyiq edən banklarımızın sayəsində", deyə ekspert yazıb.

Ə.Həsənov bu xəbərdən sonra borca görə həbslərə son qoyulacağına ümid etdiyini bildirib. "Ən əsası isə həbslə hədələmə halları da tariximizin bir səhifəsinə çevriləcək. Hər bir halda Avropa Məhkəməsi öz sözünü deyəndən sonra buna son qoyulacaq! Çox az qalıb", deyə ekspert qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo