17:18, 02 Oktyabr 2018 (Çərşənbə axşamı) 273

Baltik dənizində 335 nəfərin olduğu bərə yanıb

Baltik dənizində 335 nəfərin olduğu bərə yanıb


/ DÜNYA
Baltik dənizində Litvaya məxsus və içərisində 335 sərnişinin olduğu bərədə yanğın başlayıb.

Trend-in məlumatına görə, yanğın mühərrik bölümündəki partlayışdan sonra başlayıb.

Yanğının qarşısı bir müddət sonra alınsa da, gəmi açıq dənizdə hərəkətsiz qalıb.

Hazırda sərnişin və heyət üzvlərinin xilas edilməsi üçün xilasedici helikopter və 8 gəmi yola düşüb.

Bərə Rusiyanın Kalininqrad şəhərindən 155 kilometr məsafədə dayanıb.