"Bakmil" stansiyası bu yaxınlarda tam olaraq sərnişinlərin istifadəsinə veriləcək.
Bunu Trend-ə özəl müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.
Ə.Osmanov bildirib ki, Bakı Metropoliteninin yeganə yerüstü stansiyası olan "Bakmil"in əvvəllər sərnişindaşımada bir o qədər böyük rolu yox idi, lakin hazırda çox böyük əhəmiyyətə malikdir:
"Çünki artıq stansiyanın ətrafında bir çox iş yerləri açılıb, idarə və təşkilatlar fəaliyyət göstərir. Stansiyanın birinci mərtəbəsinin döşəməsi yolun asfalt örtüyündən 60 santimetr aşağı idi və bu da böyük problem yaradırdı. Stansiya açıq tipli yerüstü olduğuna görə, yağışlar yağanda stansiyanı su basırdı, bunun qarşısını almaq isə mümkün deyildi. Eyni zamanda, stansiyanın konstruksiyaları, pəncərələri, qapıları, zahiri elementləri və s. köhnəlmişdi. "Bakmil"də də təmirə giriş-çıxışı sərnişinlər üçün bağlamadan başladıq. Açıq hava şəraitində olması ilə əlaqədar xüsusi yeniliklər etdik. Müasir texnologiyaların tələbləri səviyyəsinə çatdırılan stansiyada artıq işlər yekunlaşıb. Hazırda stansiya ərazisində yaşıllaşdırma işləri aparılır".
Baş mühəndis vurğulayıb ki, "Bakmil" stansiyasının bütün kommunikasiyası, texniki təchizatı yenidən qurulub: "Stansiyanın platforması əvvəllər açıq idi, indi isə yarımqapalı vəziyyətdədir. Sərnişin platformasının üstü bağlanıb, sərnişinlərin yağıntıdan qorunması, həmçinin təhlükəsizliyi və rahatlığı təmin olunub, stansiyada müasir oturacaqlar quraşdırılıb. Fevral ayının sonunadək stansiya tam olaraq sərnişinlərin istifadəsinə veriləcək".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə