13:09, 11 İyun 2018 (Bazar ertəsi) 132

Bakının üç yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının üç yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

"Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.