10:54, 14 İyun 2018 (Cümə axşamı) 137

Bakının əsas prospektində hərəkət məhdudlaşdırılır

Bakının əsas prospektində hərəkət məhdudlaşdırılır
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Azadlıq meydanı, Neftçilər prospektində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, bu məqsədlə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.