14:32, 10 Oktyabr 2017 (Çərşənbə axşamı) 31

Bakının ən tıxaclı yolları

Bakının ən tıxaclı yolları
Bakının ən çox tıxac yaranan, nəqliyyatın hərəkətini çətinləşdirən ərazilərinin ilkin təhlilləri aparılıb, problemdən çıxış yolları elmi-texniki cəhətdən araşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

V.Kərimovun sözlərinə görə, şəhərin 11 arterial küçəsi üzrə parklanma, şəhər mərkəzində 74 yol kəsişməsində, Tbilisi prospektində 4 əsas kəsişmədə, Şərifzadə küçəsində daha çox tıxac yaranır.

Bundan əlavə, "Heydər Məscidi”nin qarşısında, 3-cü mikrorayon dairəsində, Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində, 20 Yanvar dairəsində də tıxac problemi yaşanır.

V.Kərimov deyib ki, adı çəkilən küçə və prospektlərdə nəqliyyat axını və sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az investisiya tələb edən layihələri, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bağlı təkliflər hazırlanıb.