11:02, 14 May 2018 (Bazar ertəsi) 149

Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq

Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlikdən bildirilib ki, məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.