10:33, 24 Yanvar 2018 (Çərşənbə) 231

Bakının bu rayonunda su kəsiləcək

Bakının bu rayonunda su kəsiləcək
Bakının Məhəmməd Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə yanvarın 24-də  "Azərsu” ASC məlumat yayıb.

"Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” abunəçilərdən üzr istəyir”, - məlumatda qeyd edilib.