17:22, 09 Mart 2018 (Cümə) 164

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Təbriz küçəsində hərəkət məhdudlaşdırılır.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gücədən etibarən (9-dan 10 mart tarixinə geçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma qısa müddətlik tərbiq ediləcək.

Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir.
Trend