21:05, 21 Noyabr 2017 (Çərşənbə axşamı) 20

Bakının bu hissəsində qaz olmayacaq

Bakının bu hissəsində qaz olmayacaq
Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz” İB-dən verilən məlumata görə, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar, noyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Babək prospekti,Y.Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.