20:48, 20 Sentyabr 2018 (Cümə axşamı) 182

Bakının bəzi ərazilərində su olmayacaq

Bakının bəzi ərazilərində su olmayacaq
Sentyabrın 21-də gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Report”un məlumatına görə, məhdudiyyətlər Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.