10:48, 12 İyun 2018 (Çərşənbə axşamı) 37

Bakının 5 yerində su kəsiləcək

Bakının 5 yerində su kəsiləcək
Bakının Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün paytaxtın Nəsimi rayonunun 1,2,3,4,5-ci mikrorayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC məlumat yayıb.

Yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyir.