Sosial

Bakıda Yoqa Günü qeyd olunub

18 İyun, 2018
2082
Hindistanın Azərbaycandakı səfirliyinin, Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin Bakı Nümayəndəliyinin təşkilatçılığı ilə "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Azərbaycan və Hindistandan bir sıra yoqa mütəxəssisləri və həvəskarlarının iştirak ilə açıq havada Beynəlxalq Yoqa Günü qeyd olunub. 

Tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana, diplomatik korpusun nümayəndələri, Azərbaycandakı hind diasporasının üzvləri və hind mədəniyyətsevərləri iştirak edib. 
 

Açıq havada baş tutan tədbirdə  iştirakçılar hind mədəniyyəti, musiqisi, rəqsləri, mətbəxi və həmçinin, yoqa dərsləri ilə tanış olublar. Tədbirdə Azərbaycanda yaşayan hindlilərlə yanaşı ingilis, ərəb turistlər də iştirak ediblər. Qonaqlara hind mətbəxinin təamları paylanılıb. Sonra yoqanın fəlsəfəsindən, ruhun yaradanla təmasından danışılıb. Tədbirə qatılanlar birlikdə yoqa göstəriblər. Krişna Cəmiyyətinin nümayəndələri hind rəqsi ediblər.  Cəmiyyətin nümayəndələri bu təlimlə yoqanı birləşdirən cəhətlərdən də danışıblar. Onlar bildiriblər ki, yaradan sevgidir, sevgi rəqsdir: "Biz ancaq Allaha sevgi tərəfdarlarıyıq. Dünyanı sevgi xilas edəcək".
Krişnaçılar ət, balıq yumurta yemir, soğan, sarımsaq, kofe və çaydan, həmçinin süni qidalardan istifadə etmirlər. Onlar yalnız "Krişnaya təklif olunmuş təam"lar yeyirlər ki, həmin təamlar da meyvə-tərəvəz, göyərti, paxla, süd məhsulları, çərəz kimi nemətlərdir. Onların fikrincə, sağlam ruh üçün sağlam qida vacibdir. Krişnaçılar inanırlar ki, sağlam həyat tərzi aqressiya və pisliklərlə savaşa bilər.

Birləşmiş Millətlərin Baş Assambleyasında qəbul olunmuş qətnaməyə uyğun olaraq 21 iyun dünyada Beynəlxalq Yoga Günü kimi qeyd olunur. Bu münasibətlə Bakıda da bir sıra tədbirlər keçirilir. Hər il olduğu kimi bu il də Yoqa Həftəsi Bakıda yerləşən müxtəlif Yoqa təsisatları tərəfindən keçiriləcək bir sıra silsilə tədbirlərdən ibarət olacaq. Tədbirlər çərçivəsində keçiriləcək Yoqa sessiyalarına yoqa həvəskarları təmənnasız qatıla biləcəklər.

Türkan Bəşir
Toplum Tv 
 






Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo