18:47, 25 Aprel 2018 (Çərşənbə) 3834

Bakıda universitet müəllimi təkbaşına aksiya keçirdi - VİDEO

Firdovsi Şahbazov: "Səlim Müslümov hakimiyyətlə xalq arasında uçurum yaradıb"

Özünü Universitet müəllimi kimi təqdim edən, Riyaziyyat Tədris Mərkəzinin direktoru Firdovsi Şahbazov Səlim Müslümovu vəzifədən uzaqlaşdırdığına görə prezident İlham Əliyevə təşəkkür edib.

O işlədiyi universitetin adını çəkməsə də, sabiq nazirin fəaliyyətindən narazılıq edir. 

F.Şahbazov əlində "Təşəkkür edirəm, Cənab Prezident" plakatı tutaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirib.

O deyir ki, Səlim Müslümov xalqla hakimiyyət arasında dərin uçurum yaradıb. Prezident isə onunla bağlı vaxtında qərar verib.

Ünvanlı yardımların düzgün və təyinatı üzrə verilmədiyini deyən müəllim qeyd edir ki, sosial sahə tamamilə məhv edilib. 

Aprelin 21-də prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Rafiq oğlu Babayev təyin olunub. Səlim Müslümov yeni tərkibdə yer almayıb. 

Əminə Məmmədova
Toplum.Tv