Sosial

Bakıda taksilərin sayı 3 dəfə azaldılacaq

7 Noyabr, 2018
2038
Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimli bildirib ki, Bakı şəhərindəki taksilərin sayı 3 dəfə azaldılacaq. 

Onun sözlərinə görə, hazırda İstanbulda 18000 taksi varkən, Bakıda 25000 taksi var. 

V. Kərimli deyib ki, Bakıda 8500-ə qədər taksi saxlanılacaq.

Yeni qərar özündə bir neçə sual doğurur?

Bəs taksilərin sayının azalmasının nə kimi əsası var, bu qərar monopoliyalara şərait yaratmayacaq ki? 

Yeni qərar bu sektorda çalışanlara necə təsirini göstərəcək?

Ümumiyyətlə, yeni qərar nə dərəcədə doğrudur?

Nizam və intizamın yaradılması prinsipi

BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Toplum.tv-yə bildirib ki, burada vacib məsələ taksi xidmətində  nizam və intizamın  yaradılmasıdır. 

Onun sözlərinə görə, yeni qərar vasitəsilə  sərnişinlərə normal taksi xidmətinin göstərilməsi də mümkün olacaq.

Mais Ağayev həmçinin bildirib ki, bu qərar şirkət taksiləri ilə yanaşı yollarda dayanan adi taksilərə də şamil olunacaq.
 
 

Daimi iş, yoxsa əlavə gəlir mənbəyi?

İqtisadçı Azər Mehtiyev Toplum.Tv-yə bildirib ki, Bakının taksi xidməti bazarının ciddi şəkildə araşdırılması zəruridir: "Müəyyənləşdirmək lazımdır ki, taksi xidməti göstərənlərin hansı hissəsi bununla daimi iş kimi, hansı hissəsi isə əlavə gəlir mənbəyi kimi məşğuldur. Həm də bu xidməti göstərənlərin bir hissəsi başqa iş tapmadığından burada olanlardır. Taksi xidməti sektorunda səmərəli tənzimlənməyə ehtiyac var. Lakin bu tənzimlənmə nə qiymətlərin dövlət tərəfindən təyin edilməsi formasında, nə də taksilərin sayının məcburi qaydada azaldılması formasında olmalı deyil.Taksi xidməti üçün keyfiyyət standartları və qurumsallaşma tələbləri müəyyən edilməli, habelə digər zəruri addımlar da atılmalıdır".

Azər Mehtiyev deyib ki, BNA tərəfindən hazırlanmış sənədlər ictimaiyyətə açıqlanmadığından fikir söyləmək çətindir. 
 

Ekspert bildirib ki, bu sektorda  işini itirən insanların iş tapması üçün ölkədə biznesin inkişafı qayğısına qalmaq lazımdır: "Bakı şəhərində taksi xidmətinin düzgün təşkilinə və keyfiyyətinin artırılmasına ehtiyac var. Müəyyən insanlar işsiz qala biləcək deyə bundan geri çəkilmək olmaz".

"Bu qərar ancaq dövlət taksilərinə aid edilə bilər"

İqtisadçı Natiq Cəfərli Toplum.TV-yə bildirib ki, ümumiyyətlə, Azərbaycanda taksi xidməti Tarif Şurası və dövlət tərəfindən tənzimlənən xidmət deyil: "Yəni taksi xidməti ancaq  rəqabətli mühit şəklində dövlət tərəfindən  lisenziyalaşdırılmış bir xidmətdir. Ona görə də hər hansı bir inzibati qərar və ya əmrlə  taksi xidmətinin və ya  taksi xidməti göstərənlərin azaldılması mümkün deyil.  Bu, ancaq dövlət taksi xidmətinə - "London taksi"ləri adlanan taksi xidmətinə aid ola bilər. Amma həmin taksilər də tam şəkildə dövlətə məxsus deyil. Dövlət tərəfindən təşkil edilmiş kreditin hesabına,  Nəqliyyat departamenti və bir neçə şirkət tərəfindən alınıb gətirilən taksilərdir. Əgər bu taksilərin sayından söhbət gedirsə, bu, haradasa anlaşılandır".
 

Ekspertin sözlərinə görə, Azərbaycanda taksi xidməti üzrə güclü  rəqabət mühiti formalaşdığı üçün devalvasiyanın olması və benzinin qiymətinin bahalaşmasına baxmayaraq, taksi xidmətləri əvvəlkinə nisbətən daha ucuz qiymətlərlə xidmət göstərir: "Özəl sektorun və fərdi sahibkarların  əlində olan taksi şirkətlərinin lisenziyalarının əlindən alınması sadəcə, məntiqsizlikdir. Görünən odur ki, güclü rəqabət şəraiti hökumət rəsmilərinin xoşuna gəlmir. Əslində isə hakimiyyətin bu sektora qarışması absurd məsələdir. Ancaq lisenziyalaşma yolu ilə, yəni müəyyən lisenziyaların - qısa, orta və uzun müddətli lisenziyaların verilməsi ilə hökumət bu sahə üzrə tənzimləmə işləri apara bilər. İndiki şəraitdə isə bunu etmək elə də asan deyil. Əgər  əksər insanların  bu xidmətdən onlayn şəklində istifadə etdiyini düşünərsək, bu tənzimləmə yollarının çətinləşdiyini də görərik. Hesab edirəm ki, bu sahədə atılan addımlar heç bir effekt verməyəcək".

Qarşılıqlı məmnunluq, yoxsa kütləvi narazılıq?

Taksi şirkətlərindən birinin "Call Center"nin rəhbəri, menecer Emil İbrahimovun sözlərinə görə, taksi sürücülərinin işlərinin qısa müddətdə məhdudlaşdırılması sürücülərin kütləvi şəkildə narazılığına səbəb ola bilər. 

Onun sözlərinə görə, bu qərar, həmçinin  müştərilər üçün  də əlverişli deyil: "Əslində, 25000 taksi fəaliyyəti göstərən sürücülərin sayının 8500-ə  endirilməsi  qısa müddətdə mümkünsüz məsələ kimi görünür. Bəli, bu qərar tədricən o zaman mümkün ola bilər ki,  həmin boşluqda qalan rəqəmi dövlət taksi ilə təmin etsin. Baxmayaraq, bu sektorda 2 ildir ki, çalışıram, amma bir vacib nüansı qeyd edim. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlərdə işləyən sürücülərin əksəriyyətinə  bu sektorda işləmək həm də müştərilərə də sərf edir.   Müştərilərə ona görə sərf edir ki, bu xidmət həm operativ, həm qiymət baxımından münasibdir. Sürücülər üçün ona görə əlverişlidir ki, sifarişlər çoxluq təşkil edir və  indiki dövrdə insanlar daha çox şirkət taksilərinə müraciət edir. Qeyd olunan azalmanın nəticəsi, həmçinin taksi sektorunda çalışan sürücülərlə yanaşı bu şirkətlərdə çalışan digər işçilərə- operatorların da   yaşayış rifahının aşağı düşməsinə səbəb olacaq. Söhbət bir neçə insandan getmir. Bu, minlərlə insanın fəaliyyətinin məhdudlaşdırılması deməkdir".

Menecer sonda vurğulayıb ki, BNA və digər qurumlar bu kimi məsələlərin həllinin  öncədən tapılmasının zəruriliyini bilməlidirlər.

Samirə Əliyeva
Toplum Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo