13:01, 12 Oktyabr 2017 (Cümə axşamı) 41

Bakıda Neft sammiti baş tutur

Bakıda Neft sammiti baş tutur
Bu gün, oktyabrın 12-i Bakı Beynəlxalq Neft Sammiti başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, sammiti SOCAR-ın dəstəyi ilə "Argus" Beynəlxalq Qiymət Agentliyi təşkil edib.

İki gün davam edəcək sammitin sessiyalarında "Xəzər regionunun neft məhsulları bazarı", "Azərbaycanda dəmiryol daşımalarının inkişaf meylləri" və başqa oxşar mövzular müzakirə ediləcək.

Tədbirin iştirakçıları arasında energetika nazirinin müavini Natiq Abbasov, SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons yer alıb.