16:22, 21 May 2018 (Bazar ertəsi) 176

Bakıda kafedə partlayış olub - ölənlər var

Bakıda kafedə partlayış olub - ölənlər var
Bakıda kafedə partlayış olub.

APA-nın məlumatına görə, mayın 21-də Binəqədi rayonu, "Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.