Sosial

Bakıda 3 avtobusun hərəkət istiqaməti dəyişib

16 Mart, 2018
714
Bakıda 59, 108 və 159 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət istiqamətinə dəyişiklik edilib. 

Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verir. 

Belə ki, 59 nömrəli marşrut xətti hərəkət sxemində dəyişiklik edilməklə bərpa edilib. Dəyişikliyə əsasən, 59 nömrəli marşrut xətti üzrə avtobuslar 2-ci Alatava yaşayış sahəsi-Mətbuat prospekti-Səməd Vurğun küçəsindən keçməklə son dayanacaq olaraq S.Rəhimov küçəsi ("28 May” metrostansiyasının yaxınlığı) müəyyən edilib. Dəyişiklik edilməsinə səbəb, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətidir. Sözügedən dəyişiklik nəticəsində, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin şəhər mərkəzinə rahat gediş gəlişi təmin ediləcək. 2-ci Alatava-metronun "Elmlər Akademiyası” stansiyası istiqamətində isə gediş gəliş 159 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət avtobuslarla təmin ediləcək.

108 nömrəli marşrut xətti Sərnişindaşımada təkmilləşdirmə işləri çərçivəsində (metronun "Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmayı qəsəbəsi) ləğv edilərək fəaliyyətini "108 A” və "108 B” olmaqla davam etdirəcək. Dəyişikliyə əsasən, "108 A” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Goradil qəsəbəsi, son dayanacaq məntəqəsi "Azadlıq” metrostansiyası olmaqla, "108 B” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Fatmayı qəsəbəsi, son dayanacaq məntəqəsi "Azadlıq” metrostansiyası olmaqla müəyyən edilib. Dəyişiklik nəticəsində Fatmayı bağları (Çimərlik) və Mehdiabad qəsəbə sakinlərinin "Azadlıq prospekti” metrostansiyasına daşınmasınıın faziləsizliyi və təhlükəsizliyi təmin ediləcək.

159 nömrəli müntəzəm marşrut xəttinin isə vətəndaş müraciətlərinə əsasən ("Çiçək” qəsəbəsi-metronun "Elmlər Akademiyası” stansiyası) hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi təyin edilib. Bununla da yaşayış binalarının, iaşə obyektlərinin olduğu D.Bünyadzadə və 11E küçəsləri ilə müntəzəm marşrut xəttinin təşkili təmin olunacaq. Hazırda qeyd edilən ərazidə yaşayan sakinlər marşrut xəttində istifadə etmək üçün uzun məsafəni piyada qət etməli olurlar.

Dəyişikliklər martın 21-dən tətbiq ediləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo