10:40, 13 Oktyabr 2017 (Cümə) 39

Bakıda 2 yolda sürət həddi azaldılıb

Bakıda 2 yolda sürət həddi azaldılıb
Faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə  paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
 
Bu barədə APA Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
 
"Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər”, - deyə məlumatda vurğulanıb.