15:29, 22 Fevral 2018 (Cümə axşamı) 224

Bakı-Quba-Rusiya yolu ödənişli ola bilər

Bakı-Quba-Rusiya yolu ödənişli ola bilər
Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolunun ödənişli olacağı bildirilir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib. Onun bildirməsinə görə, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisidir.

«Bu yol Bakı - Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan məsafəni əhatə edir. Bu yol 4-cərgəli, 1-ci dərəcəli geniş yol olacaq. Gələcəkdə bu yoldan istifadə Azərbaycanda ilk dəfə ödənişli yol kimi nəzərdə tutulur», - deyə S.Məmmədov əlavə edib.

Azərbaycan prezidenti İlham Əliyev ötən il dekabrın 25-də Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayırıb.