23:25, 23 Yanvar 2018 (Çərşənbə axşamı) 41

Bakı-İstanbul aviareysində texniki problem yaranıb

Bakı-İstanbul aviareysində texniki problem yaranıb
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 17:35-də həyata keçirdiyi Bakı-İstanbul aviareysində texniki problem yaranıb.

AZAL-a  məxsus təyyarə "Atatürk" Hava Limanında eniş etmədən geriyə, Bakıya qayıdıb.

AZAL-ın Mətbuat Xidmətinin rəhbəri  Paşa Kəsəmənski "APA-Economics”ə bildirib ki, texniki səbəblə əlaqədar olaraq Bakıdan İstanbula uçan təyyarə Heydər Əliyev hava limanına qayıtmaq məcburiyyətində qalıb.    


"Burada ciddi bir problem olmayıb. Sadəcə kapitan hər ehtimala qarşı geri qayıtmaq qərarına gəlib. Təyyarədə yanacaq çox olub. Buna görə də təyyarə müəyyən müddət uçmalı olub. Təyyarə Bakıya geri qayıtdıqdan sonra AZAL-a məxsus növbəti reys ilə sərnişinlər İstanbula yola salınıb”, - deyə P.Kəsəmənski vurğulayıb. 

APA