14:23, 13 Avqust 2018 (Bazar ertəsi) 452

Bakı iş başında: 16 yaşlı atelye sahibi

 
Nurlan Zeynalovun 16 yaşı var və o, bir ildən çoxdur ki, dərzi işləyir.

Nurlan dərziliyi məktəb vaxtı Cəlilabadda xalası oğlundan öyrənib.

Məktəbi bitirdikdən sonra Nurlan Bakıya gəlib və öz atelyesini açıb.
 
Arzusu gələcəkdə böyük atelyesinin olmasıdır. Hərdən yaşının az olması ona işində çətinlik yaradır. Bəzi müştərilər onun işini bacaracağına inanmırlar. "Amma tezliklə də yanılırlar", deyir Nurlan.

 


 
Lalə İsgəndərli
Toplum TV