13:18, 11 Avqust 2018 (Şənbə) 300

Bakı-Balakən sərnişin qatarı yolda qalıb

Bakı-Balakən sərnişin qatarı yolda qalıb

Bakıdan Balakənə hərəkət edən sərnişinqatarı yolda qalıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, buna səbəb avqustun 10-daaxşam saatlarında Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsindəki dəmir yolu xəttininsel suları nəticəsində yararsız hala düşməsidir.

Bu səbəbdən də, dünən axşam Bakıdan çıxan və bu gün səhər saatlarında Balakən stansiyasına çatmalı olan qatar Qax rayonu ərazisindəki Kötüklü stansiyasında dayanıb. Qatardakı sərnişinlər isəavtobuslarlaQax, Zaqatala və Balakən rayonlarına göndərilib.

Hazırda dəmir yolunda təmir işləri aparılır və qatarın öz hərəkətini bərpa etməsi üçün tədbirlər görülür.