Siyasət

Azәrbaycandan pul alan alman deputat cәrimәlәnib

15 Mart, 2019
1154
Alman deputat Karin Strenz Azərbaycandan əldə etdiyi əlavə gəlir haqda Budestaqa (Almaniya Parlamenti) vaxtında məlumat vermədiyi üçün 20.000 avro civarında cərimə ödəməlidir. Bu haqda Almaniyanın dövlət teleradio kanalı "Deutsche Welle" (Alman Dalğası) məlumat yayıb. Kanal bildirir ki, avtoritar ölkə olan Azərbaycan uzun müddətdir ki, qərbi avropanı pulla əla almaqda şübhəli bilinir.

Karen Strenz Xristian Demokrat Partiyasını (CDU) təmsil edir. Bundan əlavə, parlament koalisiyasının üzvü olan Sosial Demokra Partiyası (SPD) tələb edib ki, Strenz mandatını təhvil versin. SPD millət vəkili onun istefa verməli olduğunu ibarəli cümlələrlə bildirib:

"Karin Strenz papağını da götürüb getməlidir. Yaxud CDU özü onu qapının arxasına qoymalıdır. Korrupsiya kiçik məsələ deyil, bu, demokratiyanın təməl prinsiplərinin pozulmasıdır".

"Detsche Welle" yazır ki, xanım Strenz bir neçə ildir avtoritar üsulla idarə olunan Azərbaycanla sıx əlaqədədir. O, pulları Xəzər dənizi sahilində yerləşən bu keçmiş sovet respublikasından alman məsləhət firmasının əli ilə alıb. Aldığı pullar haqqında vaxtında məlumat vermədiyinə görə Budestaq 51 yaşlı bu xanım deputatı yanvar ayında töhmətlə cəzalandırmışdı.

"Deutsche Welle" hәmçinin bildirir ki, Strenz 2015-ci ildə maraqların toqquşmasına baxmayaraq Azərbaycanda seçki müşahidəçisi olub. Azərbaycanla əlaqələrinə görə 2018-ci ilin əvvəlində onun Avropa Şurası Parlament Assembleyasına təkrar namizədli irəli sürülməyib.

Kanal daha sonra Azәrbaycanın "Kürü diplomatiyası"na toxunub vә bu mәsәlәdә şübhәli bilinәn daha bir keçmiş alman deputatın cavab vermәli olduğunu qeyd edib :

"Ödənişlər neftlə zəngin ölkənin Qərbi Avropaya təsir etmək üçün yaratdığı bir sistemin üzə çıxan tərkib hissəsi olub. Xristian Sosialist Partiyasınıdan olan keçmiş deputat Eduard Lintner dә "Kürü diplomatiyası"nda iştirakı haqda şübhələrə cavab verməlidir. Bir il öncə Azərbaycan işi Avropa Şurasında böyük dairələri hərəkətə gətirdi. Çoxsaylı deputatlar araşdırma komissiyasına bildirmişdilər ki, Azərbaycan nümayəndələri onları ələ almaq üçün qara kürü, xalça, bahalı spirtli içkilər, bəzək və fahişə xidməti təklif ediblər. Strenz o vaxt "Deutsche Welle" yә müsahibәsindә komissiyanın ittihamlarını təkzib etmişdi. Bu arada Karen Strenz, Eduart Lintner və onlarla AŞPA deputatının bu qurumun binasına daxil olmalarına qadağa qoyulub.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo