19:49, 22 Noyabr 2017 (Çərşənbə) 40

“Azəristiliktəchizat” ASC özəlləşdirilməlidir”

“Azəristiliktəchizat” ASC özəlləşdirilməlidir”
Noyabrın 22-də növbəti ilin dövlət büdcəsinin müzakirələri zamanı deputat Fuad Muradov bu təkliflə çıxış edib. APA-nın məlumatına görə, deputat qurumun fəaliyyətindən narazılığını bildirib:

"Azəriqaz” İstehsalat Birliyi və "Azəristiliktəchizat” ASC arasında problem var. 

"Azəristiliktəchizat”in "Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. "Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın.

Bir qədər öncə – noyabrın 13-də dövlət büdcəsinin parlament komitələrində müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev də Azəristiliktəchizat” özəlləşdirilməsi təklifi ilə çıxış etmişdi. Deputatın sözlərinə görə, adıçəkilən iki qurum dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə, daha da dərinləşəcək.

Bu cür təkliflər istər deputatlar, istər ekspertlər tərəfindən vaxtaşırı səsləndirilməsində səbəb də həmin qurumların zərərlə işləməsidir.

Hesablama Palatasının iyulda açıqladığı hesabatda da bundan söz açılır. Hesabat 2015-ci il aprelin 1-dən 2017-ci il yanvarın 1-nə qədərki dövrü əhatə edirdi. Sənəddə "Azəristiliktəchizat”-ın "səmərəsiz xərclər”ə yol verdiyi, dövlət büdcəsindən ayrılan vəsaitlərin "lüzumsuz” xərcləndiyi, nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edildiyi bildirilirdi.

Hesabata görə, "Azəristiliktəchizat”ın 2015-ci ildə faktiki zərəri 38 mln. 39.2 min manat, 2016-cı ildə isə 1 mln. 364.9 min manatdan çoxdur.