16:53, 20 İyul 2018 (Cümə) 598

Azərbaycanlıları Almaniyadan kütləvi deportasiya ediblər

Azərbaycanlıları Almaniyadan kütləvi deportasiya ediblər
Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib.

Meydan Tv-nin xəbərinə görə, məlumatı Almaniyada fəaliyyət göstərən "Legat” inteqrasiya mərkəzi yayıb. Bildirilib ki, deportasiya edilənlərin şəxsiyyətləri son bir həftə ərzində "Readmissiya haqqında” sazişə əsasən müəyyən edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.

P.S. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Realtv.az-a deportasiya barədə informasiyanı təsdiqləyib.

V.Hüseynov deyib ki, Bakıya təyyarə ilə 32 nəfər yola salınıb və deportasiya edilən şəxslərin hamısı readmissiyaya qəbul ediliblər:

"Deportasiya olunanları hava limanında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar. Onlarla müvafiq sənədləşmə işləri aparıldıqdan sonra hamısı ailələrinin yanına göndəriliblər”.