18:30, 10 Oktyabr 2017 (Çərşənbə axşamı) 17

Azərbaycanlı hərbiçilər Əfqanıstana göndərilib

Azərbaycanlı hərbiçilər Əfqanıstana göndərilib
Azərbaycanlı hərbçilərdən ibarət 50 nəfərlik qrup plana uyğun, rotasiya qaydasında Bakıdan Əfqanıstana yola salınıb. Onlar NATO-nun "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərəcəklər.

Oktyabrın 10-u Müdafiə Nazirliyinin yaydığı məlumatına görə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu Əfqanıstandadır.

Bundan başqa, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit Əfqanıstandakı missiyada iştirak edir.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Qeyd edək ki, NATO-nun "Qətiyyətli dəstək" missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.