Siyasət

Azərbaycanla bağlı korrupsiya təhqiqatına çağırış

20 Aprel, 2017
479
Bu həftə Avropa Şurasına antikorrupsiya təhqiqatlarının başladılması ilə bağlı çağırış edilib.

"The Guardian" yazdığına görə çağırış edənlər Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təcrübəsi olan şəxslərdir. 

Müraciəti imzalayanlar AŞPA üzvlərinin Azərbaycanla bağlı səsverməyə görə rüşvət aldıqlarına inandıqlarını deyiblər.

Onlardan biri keçmiş azərbaycanlı diplomat Arif Məmmədov iddia edib ki, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvünə lobbiçilik fəaliyyətinə xərcləməyə 30 milyon avro (25 milyon funt-sterlinq) verilib. 

"Nümayəndə heyətində hər kəs bu rəqəmi eşitmişdi. Söylənirdi ki, bu pul AŞPA üzvlərinin satın alınmasına nəzərdə tutulub", – deyə Məmmədov bildirib.

AŞPA-nın İsveçdən olan üzvü Tobias Billström, şuranın "çox etibarlı üzvləri"nin səs verməkdən ötrü onlara rüşvət təklif olunduğunu təsdiqləyiblər. Deputat məsələnin müstəqil araşdırılmasına çağıran qətnaməni imzalayan 64 deputatdan biridir.

Qətnamədə "Azərbaycanla bağlı səsvermədə ciddi pozuntulara dair etibarlı iddialar"ın araşdırılması tələb olunur.

Məlumatda Azərbaycanın "kürü diplomatiyası" hesabatı da xatırlanıb. Avropa Sabitlik Təşəbbüsü hələ 2012-ci ildə bu haqda sənəd açıqlayıb. Amma italiyalı deputat Luka Volonte ilə bağlı təhqiqat başlananda məsələ yenidən gündəmə gəlib. 

"Deputat Azərbaycandan 2.39 milyon avro rüşvət alaraq Avropa Şurasında bu ölkənin hökumətini dəstəkləməkdə suçlanır. Bir neçə günə onun məhkəməsi başlamalıdır". 

Strasser qəzetə deyib ki, Azərbaycanın pul payladığını bilirmiş, amma səslərin satın alınmasına dəlili yoxmuş. O da etibarlılıq baxımından təhqiqat aparılmasını istəyir: 

"Bu qurumlar daxilində korrupsiyanın mövcudluğu və bunun gözardı olunmasıyla bağlı hər hansı şübhə varsa, bu, Avropa Şurasının sonunu gətirər".

Norveçin keçmiş baş naziri, hazırda Avropa Şurasının baş katibi Turbyorn Yaqland da Aqramuntu müstəqil təhqiqat aparılmasını şəxsən təmin etməyə çağırıb. Bu, AŞ rəhbərliyi tərəfindən əvvəllər görünməmiş bir çağırış sayılır.

Deputat Billströmun fikrincə, ortada bu qədər ciddi iddialar varkən, AŞ-nın müstəqil təhqiqatla bağlı çağırışları rədd etməsi mümkünsüzdür. O, Assambleyadakı həmkarlarını aparıcı üzv Wojciech Sawicki-nin hazırladığı "çox yaxşı" təklifləri qəbul etməyə çağırıb. Deputat müstəqil təhqiqatın şərtlərini hazırlayıb.

Aqramuntun sözçüsü isə qəzetə deyib ki, Assambleyadakı beş siyasi qrupun liderləri Sawicki-nin hesabatının yenilənmiş versiyasını hazırlayırlar, çünki hesabat indiki formasında tətbiq edilə bilməz.

"Cənab Aqramunt həmin siyasi liderlərin işinə qarışmayacaq. O, bəzi QHT-lərin, lobbilərin, media və maraqlı qrupların deputatların işinə təzyiqini də qəbul etməyəcək", – deyən sözçü AŞPA-nın belə təhqiqat aparmağa hüquqi səlahiyyəti olmadığını da sözlərinə əlavə edib.

Hakimiyyət təmsilçiləri "kürü diplomatiyası", avropalı deputatların satın alınmasına dair deyilənləri indiyədək təkzib edib. İtalyan deputat Luka Volonte barədə ölkəsində başladılan təhqiqatla bağlı isə nəticələri gözləməyi məsləhət görürlər.

Azadlıq Radiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo