23:58, 12 Noyabr 2018 (Bazar ertəsi) 258

Azərbaycanla bağlı daha 3 iş Avropa Məhkəməsində

Azərbaycanla bağlı daha 3 iş Avropa Məhkəməsində
Avropa Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 3 şikayətin kommunikasiyasına başlayıb. 

Bu barədə hüquqşünas Xalid Ağalıyev məlumat yayıb. 

Şikayətlərdə ədalətli məhkəmə, şəxsi həyatın toxunulmazlığı, səmərəli hüquqi müdafiə vasitələri, mülkiyyət hüquqlarının pozulduğu iddia olunur. 

Sözügedən şikayətçilər jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovdur. 

Onlar iddia ediblər ki, Ə.Zeynallı həbsdə olarkən onun vəkili ilə konfidensial söhbət etmək hüququ pozulub. 

Digəri isə Zəka Mirağayevin vəkilləri göndəriblər. Həmin şikayətdə 2012-ci ildə jurnalistin yaşadığı mənzildə axtarış aparılmasından, ona məxsus dini ədəbiyyatın götürülüməsindən bəhs edilir. 

Jurnalistin vəkilləri iddia edirlər ki, axtarış və götürmə qanunsuz olub, olayla bağlı məhkəmələrdə ədalətli araşdırma hüququ pozulub.

AİHM-in araşdırdığı digər işdə şikayətçi özəl şirkət sahibi olan Aqşin Qarayevdir. 

Şikayətə görə, A.Qarayevin satın aldığı qaz turbinlərinin üzərinə cinayət işi ilə əlaqədar olaraq 13 ildən artıqdır ki, qanunsuz həbs qoyulub.

Gülzar N. Məmmədli
Toplum TV