19:15, 22 Noyabr 2017 (Çərşənbə) 18

Azərbaycanın qərb rayonlarına qar yağıb

Azərbaycanın qərb rayonlarına qar yağıb
Daşkəsən və Gədəbəy rayonlarına qar yağıb.

"Report"un Qərb bürosunun məlumatına görə, noyabrın 22-də günorta saatlarından yağan yağış daha sonra qara çevrilib.

Hazırda Daşkəsən rayonunda qarlı hava şəraiti davam edir və qarın qalınlığı 5 santimetrə yaxındır. Anoloji hava şəraiti Gədəbəy rayonunda da davam edir və orda da qalın qalınlığı 3-4 santimetri keçib. Hər iki rayonda hələki avtomobil yollarında çətinliklərin yaranmadığı bildirilir.