22:54, 07 Yanvar 2017 (Şənbə) 98

Azərbaycanın 22 tona yaxın qızıl-valyuta ehtiyatı var

Azərbaycanın 22 tona yaxın qızıl-valyuta ehtiyatı var
2017-ci ilin yanvar ayının 1-ə olan göstəricilərə görə, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var. Bu haqda Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı statistikada bildirilir.

Ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 12,8%-i qızıl ehtiyatının payına düşür.

Dünya ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə Azərbaycan 60-cı yerdə qərarlaşıb. (APA)
Statistikaya görə, dünyada qızıl ehtiyatlarının həcminə görə, ABŞ birinci yerdədir. Bu ölkənin 8 133,5 ton qızıl ehtiyatı var. Bu da ümumi strateji valyuta ehtiyatlarının 74,2%-i deməkdir. İkinci yerdə 3 377,9 tonla Almaniya (68,1%), qərarlaşıb.

Dünya üzrə ən az qızıl ehtiyatına malik ölkə isə Monqolustandır. Bu ölkənin qızıl-valyuta ehtiyatları 1 tondur. Bu ölkə məxsus valyuta ehtiyatının 2,8%-nə bərabərdir.
 
azadliq.org