13:18, 23 May 2018 (Çərşənbə) 224

Azərbaycandakı əlillərin sayı açıqlanıb

Azərbaycandakı əlillərin sayı açıqlanıb
Azərbaycanda əlilliyin statistikası açıqlanıb.

APA-nın məlumatına görə, bu gün, mayın 23-də Milli Məclisdə keçirilən dəyirmi masada parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkədə 620 min əlil var.

O vurğulayıb ki, bunun 270 mini uşaqlardır. Deputat uşaqlar arasında əlilliyin yaranmasında ailə institutunda olan problemləri səbəb göstərib.

2018-ci il aprel ayının 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 9 milyon 916 min 345 nəfərə çatıb.