12:31, 01 Fevral 2019 (Cümə) 224

Azərbaycanda uçot dərəcəsi endirilib

Azərbaycanda uçot dərəcəsi endirilib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0.5 faiz azaldılması haqqında qərar verib.

Bu, 9.75 faizdən 9.25 faizə endirilib.

Bu barədə fevralın 1-də AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib. Qurumun rəhbərliyi ötən il dekabrın 26-da faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9.75 faiz, faiz dəhlizinin yuxarı həddi 11.75, aşağı həddi isə 7.75 (±2 faizlik simmetrik diapazonda) səviyyəsində saxlanmışdı.

Report