12:10, 13 Noyabr 2018 (Çərşənbə axşamı) 157

Azərbaycanda tibb bacılarının sayı normadan azdır

Azərbaycanda tibb bacılarının sayı normadan azdır
Qlobal Xəstəlik Yükünün Araşdırılması (Global Burden of Disease Study - GBD) hesabatına görə Azərbaycanda əhalinin hər 10 min nəfərinə 69 tibb bacısı düşür.

Dünya üzrə norma standartı hər 10 min nəfərə 100 tibb bacısıdır.

GBD təhqiqatı Vaşinqton Universitetinin başçılığı ilə dünyanın 140 ölkəsindən olan minlərlə alim tərəfindən aparılır.

Ermənistanda hər 10 min nəfərə 71, Gürcüstanda isə 37 tibb bacısı düşür.

Keçmiş sovet respublikaları arasında ən yaxşı göstərici Ukraynaya məxsusdur. Burada hər 10 min nəfərə 100 tibb bacısı düşür. ABŞ və Danimarka da belə göstəriciyə malikdir. Rusiya üçün bu rəqəm 86-dır.

Tibb bacılarının və aşağı tibb personalı üzvlərinin sayı üzrə ilk onluğa Norveç (226), Hollandiya (218), Bermud (209), Yeni Zelandiya (196), Almaniya (184), Kanada (164), Britaniya (153), İslandiya (150) və İsveçrə (149) daxildir.

Konqo, Efiopiya və Mərkəzi Afrika Respublikasında hər 10 min nəfərə 3-4 tibb bacısı düşür.

Azadlıq Radiosu