12:07, 16 Noyabr 2018 (Cümə) 186

Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb

Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb
Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Məlumata görə, 10 ay ərzində isə spirtli içkilərin qiymətində ötən ilin eyni dövrünə nisbətən 1,4% artım qeydə alınıb.

Hesabat dövründə tütün məmulatlarının qiyməti isə aylıq müqayisədə 10,5% artıb, illik müqayisədə isə 9,7% azalıb.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% artıb. Ayrıca oktyabr ayında isə sentyabr ayına nisbətən istehlak məhsulları və xidmətlər 0,2%, o cümlədən ərzaq məhsulları və qeyri-ərzaq malları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb.