13:21, 13 İyun 2018 (Çərşənbə) 101

“Azərbaycanda siyasi məhbuslar” adlı hesabat hazırlanacaq

“Azərbaycanda siyasi məhbuslar” adlı hesabat hazırlanacaq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan haqları komitəsində "Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.

AŞPA saytının verdiyi məlumata görə, iclas iyunun 25-də AŞPA-nın yay sessiyası çərçivəsində baş tutacaq.

Hesabatın hazırlanması təşəbbüsü ilə hollandiyalı deputat Piter Omtzigt tərəfindən irəli sürülüb.

Məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib.