21:04, 15 Avqust 2018 (Çərşənbə) 185

Azərbaycanda qızıl-gümüş bazarında ucuzlaşma var

Azərbaycanda qızıl-gümüş bazarında ucuzlaşma var
Azərbaycanda qızıl və gümüşün qiymətləri ucuzlaşmaqda davam edir.

Trend-in məlumatına görə, avqustun 15-də qızılın qiyməti avqustun 14-ü ilə müqayisədə 12,716 manat azalaraq 1 troy unsiyası üçün 2019,2005 manat təşkil edib.

Gümüş 0,151 manat ucuzlaşaraq 1 unsiya üçün 25,4363 manata bərabər olub.

Platinin qiyməti 16,5405 manat azalaraq 1343,57 manat, palladiumun qiyməti isə 4,352 manat artaraq 1519,987 manat təşkil edib.