Sosial

Azərbaycanda nə qədər uşağın xərçəngdən öldüyü açıqlanmır

16 Fevral, 2019
953
15 fevral Beynəlxalq Uşaq Xərçəngi ilə Mübarizə Günüdür. 

Bu gün ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. 

Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda qeyd edilib, ancaq sonra onu bir ay irəli çəkmək qərara alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1,5 faizini təşkil edir. Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər böyüklərə nisbətən çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir. 

Bunların içində leykemiyalar daha tez-tez rast gəlinən xərçəngin növüdür. Hazırda inkişaf etmiş Qərb ölkələrində aparılmış xüsusi müalicədən sonra 10 uşaqdan 7-si şəfa tapır. Lakin bütün dünyada  xərçənglə xəstələnmiş uşaqlardan 10 nəfərdən 2-si sağala bilir.

Problemin aktuallığı ildən–ilə artır. Tibbi statistikaya əsasən, hər il dünyada təxminən 200 min uşaq xərçəng xəstəliyi ilə üzləşir və onların yarısı həyatını itirir. Erkən və vaxtında aparılan diaqnostika onkoloji xəstəliklərin müalicəsində mühüm rol oynayır. Xəstəliyin birinci və ya ikinci mərhələdə aşkar edilməsi onun uğurlu müalicəsinə səbəb olur. Ancaq xərçəng xəstəliyi əksər hallarda üçüncü, 8% hallarda isə hətta dördüncü mərhələdə aşkar edilir. 

Onkologiyanın təxminən 200-ə yaxın forması var və xəstəliyin hər hansı bir orqanda başlaması mümkündür. Uşaqlar daha çox leykemiya və ya qan xərçəngi ilə üzləşirlər. Sonrakı yerləri mərkəzi sinir sistemi xəstəlikləri, yumşaq və birləşdirici toxumalar, oynaq qığırdaqları və sümüklərdə olan törəmələr tutur. 

Uşaqlar tamamilə müxtəlif yaşlarda - bir aylığından 18 yaşa qədər xəstəliyə düçar olurlar və onların hamısının intensiv müalicəyə ehtiyacı var. Uşaqlar arasında xərçəng  xəstəlikləri az olsa da, bütün xərçəng xəstəliklərinin 0.5%-1.5%-ni təşkil edir. 

Dünyada il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.

7 mart 2012- ci ildə Azərbaycanda Milli Onkologiya Mərkəzinin nəzdində Uşaq Onkoloji Klinikası açılıb. 

Statistikaya görə 2013-cü ildən 2017- ci ilə qədər  Azərbaycanda 620 uşaq onkoloji xəstəliyə görə qeydiyyata götürülüb. 

2018-ci ilin göstəriciləri açıqlanmayıb. 

Hesabatda həmçinin il ərzində Azərbaycanda nə qədər uşağın bu xəstəlikdən öldüyü açıqlanmır. 
 
Əbülfət Baxşəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo