10:25, 17 Sentyabr 2018 (Bazar ertəsi) 169

Azərbaycanda məhkum uşaqların sayı artıb

Azərbaycanda məhkum uşaqların sayı artıb
Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb.

Trend-in məlumatına əsasən ötən il Azərbaycanda 323 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayatə görə məhkum olunub. 2016-cı ildə bu göstərici 261, 2015-ci ildə 286, 2010-cu ildə 238 olub.

Ötən il ümumilikdə 13 733 nəfər məhkum edilib. Onların 13 147-si kişilər, 586-sı qadınlar olub. Məhkumların 7 264-ü azadlıqdan məhrum edilib.

Keçən il 16 750 nəfər cinayət törədib ki, onların 15 787-i kişi, 963-ü qadın olub.

Cinayət törətmiş şəxslərin 486-sı 14-17 yaşlı uşaqlar olub. 2016-cı ildə cinayət törədən uşaqların sayı 442, 2015-ci ildə 477, 2010-cu ildə 439 olub.

2017-ci ildə 14-17 yaşlı uşaqlar və onların iştirakı ilə 532 cinayət (2016-cı ildə 395, 2015-ci ildə 467, 2010-cu ildə 375) törədilib.