İqtisadiyyat

"Azərbaycanda həmkarlar təşkilatları formal xarakter daşıyır"

14 İyun, 2017
1002
Milli Məclisin 13 iyun keçirilən plenar iclasında "İşsizlikdən sığorta haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb və qanun layihəsi 1-ci oxunuşda səsə qoyularaq qəbul edilib. 

Məsələnin iqtisadi tərəflərini şərh edən Natiq Cəfərli Toplum.Tv-yə bildirib ki, işçilərin hüquqları ilə bağlı olan məsələnin qanuni dəyişikliklərinin Milli Məclisdə keçirilməsi ciddi ictimai müzakirələrdən sonra olmalı idi: "Vətəndaşların hansı dəyişikliklərin olması, dəyişikliklərin məğzi ilə bağlı xəbəri olmalıdır. Təəssüf ki, 100 minlərlə insanın birbaşa fəaliyyəti ilə bağlı qərar ciddi ictimai müzakirələrdən keçirilməyib. Azərbaycanda həmkarlar təşkilatları da çox formal xarakter daşıyır. Onlar öz ana funksiyasını yerinə yetirmədikləri üçün həmkarların da rəyi alınmayıb. İnsanların əmək hüququ ilə bağlı baş verən qərarlar nələrə gətirib çıxaracaq, işçilərin gündəlik iş həyatında onlara necə təsir edəcək, bilinmir". 
Картинки по запросу Natiq Cəfərli
Ekspert əlavə edib ki, hüquqi tərəfdən çox geniş çərçivəni əhatə etdiyinə görə mövzunu hüquqşünasların şərh etməsi hamı üçün maraqlı olardı: 

"İqtisadi tərəflərinə gəldikdə isə görünən odur ki, işə götürənlərə daha artıq hüquqlar verilir. Əmək müqavilələrinin bağlanmasında və işçilərə öz fəaliyyəti ilə bağlı anlaşmalar olduqda üstünlük saxlayırlar və işdən çıxarılarkən də müavinətlərin verilməsində problemlər yaşanacaq. Bundan başqa, işsizliklə bağlı sığorta fondunun yaradılması ilk baxışdan pozitiv addımdır. Belə bir fondun yaranmasına ehtiyac var, amma fonda ödənişlər hansı formada olacaq? İşə götürənlərlə işçilər arasındakı münasibətlər necə tənzimlənəcək? Fondun ödənişlərinin həcmi və strukturu necə olacaq? Bununla bağlı ciddi açıqlama və ciddi bir müzakirə ortamı yoxdur. Ən azından ilkin təəssürat budur ki, işəgötürənlər indi işçiləri ilə müqavilələri ləğv etməkdə daha sərbəst olacaqlar".
 
Millət vəkili Qüdrət Həsənquliyev isə bu qanunun qəbuluna ehtiyac olmadığını bildirib:
 Image result for Qüdrət Həsənquliyev
"Bu qanun sığorta təşkilatlarına pul qazandıracaq. Qanun layihəsində qeyd olunub ki, sığorta ödənişi alan bir şəxs iki dəfə iş təklifindən imtina edəcəksə, o, işsizliyə görə müavinət hüququndan məhrum olacaq. Azərbaycanda əhalisinin gəlirlərinin 49%-i vergi və sosial sığrota haqlarının ödənilməsinə yönəldilir. Bu, çox yüksəkdir. Məhz buna görə də "qara mühasibatlıq" var və sahibkarlar işçiləri ilə əmək müqaviləsi bağlamaqda maraqlı deyil. Hesab edirəm ki, onlar işsizliyə görə müavinət ödəməli olsalar, bu halların sayı daha da artacaq”.
 
Millət vəkili Qənirə Paşayeva xeyli sayda insanın əmək müqaviləsi olmadan işlədilməsindən narahat olduğunu deyib:
 Related image
"Bundan başqa, insanların əmək haqları azaldılır. Məsələn, 500 manat məvacib alan insanın maaşı dəfələrlə azaldılır. Həm əmək müqaviləsi olmadan işləyənlərin, həm də məvacibləri azaldılan insanların pensiyası necə olacaq? Belə çıxır ki, bu qanun əmək müqaviləsi olan insanların xeyrinə olacaq. Biz əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən şirkətlərin cərimələnməsini görmürük".

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinin məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verməkdir.
Image result for ziyafət əsgərov
4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib. Bu, yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin 21-ci (işsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb.

Gülzar N. Məmmədli
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo