19:32, 05 Dekabr 2016 (Bazar ertəsi) 447

"Azərbaycanda heç kimin yorğanı yoxdur..." - VİDEO

2017-ci il üzrə Dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın səsləndirdiyi fikirlər bir neçə gündür ki, gündəmin əsas müzakirə mövzusudur. 

Muradovanın sözlərinə görə, neftin dünya bazarında ucuzlaşması və manatın devalvasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin. 

O bildirib ki, 2017-ci ilin daha çətin olacağını nəzərə alaraq əhali hökumətdən gözləntilərinizi sonraya saxlamalıdır. 

Deputat vurğulayıb ki, gələn ilin Dövlət büdcəsi gərgin qlobal və ölkədaxili şərait nəzarə alınaraq hazırlanıb.

Vitse-spiker: "Hər kəs ayağını yorğanına görə uzatmalıdır”, - deyə müzakirəyə səbəb olan fikir səsləndirib. 

Toplum.Tv mövzu ilə əlaqədar  şəhər sakinləri arasında sorğu keçirib. 

Müsahiblərimiz "Yorğanınız ayağınıza çatırmı?” sualına belə cavab veriblər: