16:11, 10 Aprel 2018 (Çərşənbə axşamı) 325

Azərbaycanda “Gender Güzgüsü” tamaşası nümayiş olundu - VİDEO

Azərbaycanda "Gender Güzgüsü” adlı tamaşa nümayiş olunub. 

Aprelin 8-də baş tutan tamaşanı Niderlandın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Y-PEER Azərbaycan Gənc Həmyaşıd Təhsili Şəbəkəsi həyata keçirib. 
  
Tamaşa Gender Güzgüsü layihəsi çərçivəsində Bərdə və Bakıda yaşayan gənclər tərəfindən birlikdə hazırlanıb və Azərbaycanda olan gender əsaslı çətinlikləri özündə əks etdirib. 

Bərdədən gələn və Bakıdakı gənclər tamaşaçılara öz bacarıqlarını nümayiş etdiriblər. 

Niderland Krallığının səfiri Onno Kervers gender probleminin təkcə Azərbaycanda deyil, Niderlandda da eyni yaşandığını deyib: " Biz əlbəttə bilirik ki, gender təkcə Azərbaycanda deyil bütün dünyada və hətta əvvəl də dediyim ki mənim ölkəm Niderlandda da problemdir. Bizim Xarici İşlər Nazirliyində işlək insan hüquqları siyasətimiz var. Qadın və LGBTİ hüquqları həmin siyasətin mərkəzindədir. Biz dəstək və əməkdaşlığa tamamilə açığıq. Teatr da bu mövzuları müzakirə etmək üçün bir vasitədir”.

Ofelya Ramilqızı
Toplum.Tv